Bank Of Baku

Zaqatala sakinləri 3 aydır içməli su üzünə həsrət qalıb

Zaqatala sakinləri 3 aydır içməli su üzünə həsrət qalıb
# 01 oktyabr 2007 15:15 (UTC +04:00)
Zaqatala şəhər sakinləri 3 aydır içməli su üzünə həsrət qalıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, şəhərin bir çox ərazilərinə, həmçinin yaşayış binalarına içməli suyun gəlməməsi rayon sakinlərini ciddi narahat edir. Şəhər sakinlərinin bildirdiyinə görə, 3 aydan çoxdur ki, onlar içməli su üzünə həsrət qalıblar. Gündəlik uzaq məsafələrdən vedrələrlə su daşıdıqlarını dilə gətirən sakinlər problemin aradan qaldırılması məqsədi ilə dəfələrlə lazımi təşkilatlara müraciət etdiklərini söyləyiblər. Lakin edilən müraciətlərə baxmayaraq, hələ də şəhər ərazisində içməli su qıtlığı davam etməkdədir və problemin həlli istiqamətində heç bir tədbir görülməyib.
Zaqatala rayon su-kanal idarəsinin rəisi Ramiz Nəsirov da APA-nın yerli bürosuna açıqlamasında şəhər ərazisində içməli su qıtlığının olması faktını təsdiqləyib. O, rayon ərazisində su qıtlığının yaranmasının səbəbini son iki ayda havaların quraq keçməsi ilə bağlı olduğunu bildirib. Şəhər ərazisində 7 artezian quyusunun fəaliyyətdə olduğunu vurğulayan R. Nəsirov bunun rayonda içməli suya olan tələbatı tam ödəmədiyini bildirib. O, Zaqatala şəhər əhalisinin böyük əksəriyyətinin içməli suya olan tələbatının əsasən dağ suları hesabına ödənildiyini diqqətə çatdırıb: “Havaların quraq keçməsi hövzələrdə suyun tükənməsinə və şəhərə gələn dağ sularının kəsilməsinə səbəb olur.” Mövcud problemin aradan qaldırılması üçün hər gün şəhər sakinlərinə maşınlarla su daşındığını söyləyən R. Nəsirov həmçinin 23 kilometr məsafədən, Balakən rayonunun Katex çayı hövzəsindən şəhərə yeni su xəttinin çəkiləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR