Bank Of Baku

Zaqatala rayonunun ən qoca sakininin 116 yaşı var

Zaqatala rayonunun ən qoca sakininin 116 yaşı var
# 01 oktyabr 2007 15:22 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nizami Abdullayev məlumat verib. N. Abdullayevin sözlərinə görə, 116 yaşlı Ümküs Mehdiyevanın səhhəti yaxşı deyil və o, son bir ildir ki, özünü idarə edə bilmir. Lakin rayon rəhbərliyi daim Ü. Mehdiyevanın qeydinə qalır və onun müalicəsinə yaxından köməklik edir.
N. Abdullayevin dediyinə görə, Zaqatalada həmçinin 107 yaşı olan 5 ahıl yaşayır və onlar özlərini çox yaxşı hiss edirlər. 107 yaşlı Zaqatala rayon sakinlərinin hamısı qadındır: “Rayonun Mamrıx kənd sakini Xatın Ramazan qızı Məmmədova, Tala kənd sakini Zübeydə Məhəmməd qızı Şabanova, Mosul kənd sakini Aynaz Musa qızı Surxayeva, Car kənd sakini Həvva Mahmud qızı Əliyeva və Kəpənəkçi kənd sakini Nigar Ramazan qızı Hüseynova”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR