Bank Of Baku

Bərdədə heyvanlarda qarayaranın olması təsdiqlənməyib

Bərdədə heyvanlarda qarayaranın olması təsdiqlənməyib
# 01 oktyabr 2007 15:40 (UTC +04:00)
Bərdə rayonunda məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazidə saxlanılan heyvanlarda qarayara xəstəliyinin müayinəsi ilə bağlı ekspertiza başa çatıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən APA-ya verilən məlumata görə, Respublika Baytarlıq Laboratoriyası xırdabuynuzlu heyvandan götürülmüş nümunədə qarayara bakteriyaları aşkarlamayıb. Mütəxəssislər ərazidə heyvanlar arasında xəstə və xəstəliyə şübhəli hal müşahidə etməyiblər. Xəstəliyin torpaq infeksiya olması nəzərə alınaraq, Bərdə rayonunun qaçqınlar yaşayan ərazisindəki torpaqdan da müayinə üçün nümunələr götürülüb. Həmin ərazidən götürülən torpaq nümunəsinin müayinəsi Respublika Baytarlıq Laboratoriyasında davam etdirilir və nəticə həftənin sonunda açıqlanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR