Bank Of Baku

Elmira Süleymanova ahıllarla görüşüb

Elmira Süleymanova ahıllarla görüşüb
# 01 oktyabr 2007 15:44 (UTC +04:00)
Ombudsman Elmira Süleymanova 1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibəti ilə Bilgəhdəki qocalar evində və Mərdəkandakı əlillər və qocalar üçün müalicə pansionatında olub. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, ombudsman burada yaşayan və müalicə olunan ahıl şəxslərlə görüşüb, onların əhval-ruhiyyəsi və səhhəti ilə maraqlanıb. Müəssisələrin sakinləri şəraitdən, qida rejimindən və tibb personalından razılıq ediblər. Görüşlərdə ombudsman ahılların hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə danışıb. Sonda ahıllara Qurani-Kərim və bayram hədiyyələri paylanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR