Bank Of Baku

Zaqatala məscidində 150 nəfər ahıla iftar süfrəsi açılıb

Zaqatala məscidində 150 nəfər ahıla iftar süfrəsi açılıb
# 02 oktyabr 2007 09:52 (UTC +04:00)
Bu gün Zaqatalada 80 nəfər kimsəsiz ahıl yaşayır. Bu açıqlamanı APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nizami Abdullayev verib. Onun dediyinə görə, Zaqatalada Əhalinin Sosial Müdafiəsi İdarəsinin (ƏSMİ) sosial məişət xidməti tərəfindən kimsəsiz və atılmış 80 nəfər ahıl qeydiyyata alınıb ki, onlar da dövlətin himayəsinə götürülüb. “Beynəlxalq Ahıllar Günü” münasibəti ilə Zaqatala rayon rəhbərliyi həmin şəxslərə bayram sovqatı paylayıb və maddi yardım göstərib. Bundan başqa, ötən gecə Zaqatala şəhər məscidində rayonda yaşayan 150 nəfər ahıla iftar süfrəsi açılıb və bayram sovqatı paylanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR