Bank Of Baku

Bu gün saat 20.00-da STV-nin Azərbaycanda yayımı dayandırılır, saat 20.30-da isə “Xəzər” TV efirə çıxır

Bu gün saat 20.00-da STV-nin Azərbaycanda yayımı dayandırılır, saat 20.30-da isə “Xəzər” TV efirə çıxır
# 02 oktyabr 2007 15:04 (UTC +04:00)
Bu barədə APA-ya “Xəzər” TV MMC-nin təsisçisi və baş direktoru Asəf Hacıyev bildirib. Onun sözlərinə görə, kanal yayıma başlamazdan əvvəl - saat 20.00-da “Samanyolu” kanalının Azərbaycanın milli tezliyində yayımı dayandırılacaq və həmin dəqiqədən etibarən yeni kanalın loqosu efirdə yerləşdiriləcək. A. Hacıyevin sözlərinə görə, “Xəbərlər” blokuna 14-15 dəqiqə vaxt ayrılıb, proqram başa çatandan sonra efirdə Azərbaycan filimi nümayiş etdiriləcək, daha sonra musiqi proqramına yer ayrılacaq. “Xəzər” TV gecə saat 2.00-a qədər efirdə olacaq. Təsisçi qeyd edib ki, sonrakı günlərdə də yayım eyni saatlarda aparılacaq. Efir müddəti tədricən artırılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR