Bank Of Baku

FHN Ağdamda əlilliyi olan şəxslər və onlara xidmət göstərənlər üçün maarifləndirmə tədbiri keçirib

FHN Ağdamda əlilliyi olan şəxslər və onlara xidmət göstərənlər üçün maarifləndirmə tədbiri keçirib
# 26 noyabr 2026 09:56 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi tərəfindən Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd filialın əməkdaşlarına əlilliyi olan şəxslərin fövqəladə hallar zamanı mühafizəsi və təxliyəsi ilə bağlı biliklərin aşılanması olub.

Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ zamanı əlilliyi olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib.

Mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR