Bank Of Baku

Orta əsrlər dövrünə aid qəbristanlıq ərazilərinin istifadəsi təhlükəlidir

Orta əsrlər dövrünə aid qəbristanlıq ərazilərinin istifadəsi təhlükəlidir
# 03 oktyabr 2007 07:40 (UTC +04:00)
Orta əsrlərdən qalmış qəbristanlıqlarda kənd təsərrüfatı işlərinin aparılması insanlara ciddi təhlükə yarada bilər. Bunu APA-ya açıqlamasında Qoşqarçay və Kürəkçay hövzəsində tarixi-arxeoloji tədqiqatlar aparmış arxeoloq-etnoqraf, professor Arif Məmmədov deyib. O bildirib ki, həmin ərazilərdə mal-qaranın otarılması da fəsadlara səbəb ola bilər. Arxeoloji tədqiqatlar nəticəsində məlum olub ki, belə qəbristanlıqların əksəriyyətindəki məzarlar orta əsrlər dövründə kütləvi dəfn olunmuş insanlara məxsusdur. Qəbir daşlarının üzərində göstərilən tarixlər isə həmin dövrlərdə “qara ölüm” kimi tanınan taun xəstəliyinin və vəbanın geniş yayıldığı vaxtlara təsadüf edir. Arif Məmmədov deyib ki, Goranboy rayonunun Gürzalılar kənd qəbristanlığının tarixi min ildən çoxdur. Orada orta əsrlər dövrünə aid kütləvi məzarlıq mövcuddur. Qəbirlərdə uyuyan insanların isə vəba və taun kimi xəstəliklərdən qırıldığına aid materiallar var. Amma hazırda Gürzalılar kənd qəbristanlığının qədim hissəsində əkin-biçin işləri aparılır, mal-qara otarılır. Tibbi nöqteyi-nəzərdən məlumdur ki, adıçəkilən xəstəliklərin virusları uzun illər məhv olmadan yaşaya bilir. Mal-qara otaranların əksəriyyətinin uşaqlar olduğu nəzərə alınsa, belə nəticəyə gəlmək olar ki, torpağın alt qatındakı xəstəliklərin sürətlə yayılması ehtimalı çoxdur. Çünki məsuliyyət hissindən uzaq olan uşaqlar əkin yerlərində müxtəlif oyunlar oynayır və sanitariya qaydalarına riayət etmirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR