Bank Of Baku

Azərbaycanda işçi ilə əmək müqaviləsi bağlamayan işəgötürənlərə qarşı cərimənin minimal məbləği 43 dəfə artırılacaq

Azərbaycanda işçi ilə əmək müqaviləsi bağlamayan işəgötürənlərə qarşı cərimənin minimal məbləği 43 dəfə artırılacaq
# 03 oktyabr 2007 10:37 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Əmək Məcəlləsinə dəyişiklərin edilməsi məqsədilə hazırladığı təklifləri Nazirlər Kabineti və Prezidentin İcra Aparatına təqdim edib.
Nazirliyin Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü “APA-Economics”ə bildirib ki, təkliflərə əsasən, işçisi ilə əmək müqaviləsi bağlamayan şirkətlərə qarşı tədbirlərin sərtləşdirilməsi nəzərdə tutulur. Analoji faktlar aşkarlandığı halda, bir belə fakta görə 3-5 min manat məbləğində cərimənin tətbiq olunması təklif edilir. Hazırda isə işəgötürənlər buna görə 70-90 manat məbləğində cərimə ödəyir.
N.Şükürlünün sözlərinə görə, cərimənin məbləğinin artırılması işəgötürənləri işçiləri ilə əmək müqavilələri bağlamağa məcbur edəcək. Bu isə işçinin sığortalanmasına imkan verəcək. Eyni zamanda, bədbəxt hadisə baş verən zaman işçiyə kompensasiyanın ödənilməsi və digər zəruri tədbirlər əmək müqaviləsində göstərilmiş şərtlər əsasında həll ediləcək. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR