Bank Of Baku

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2004-2007-ci illər ərzində 81 immiqranta qaçqın statusu verib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2004-2007-ci illər ərzində 81 immiqranta qaçqın statusu verib
# 03 oktyabr 2007 10:46 (UTC +04:00)
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2004-2007-ci illər ərzində müraciət edən 1128 immiqrantdan 81 nəfərinə qaçqın statusu verilib. Komitənin beynəlxalq əlaqələr və informasiya departamentinin rəhbəri Sənan Hüseynov APA-ya açıqlamasında Azərbaycana gələn immiqrantların əksəriyyətinin qeydiyyatdan yayındığını bildirib: “Son illər kütləvi şəkildə Azərbaycana gələn çeçen qaçqınlarının sayı azalıb, Əfqanıstandan olan qaçqınların sayı isə əksinə, 500 nəfər artıb. 2004-2007-ci illər ərzində müraciət edən 1128 immiqrantdan 81 nəfərinə qaçqın statusu verilsə də, 531 nəfər barəsində imtina qərarı çıxarılıb. 34 ailənin işi icraata götürülüb, müraciət edənlərdən 48 nəfəri isə sonradan yayınıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR