Bank Of Baku

Ötən ay Azərbaycanın 2 301 271 kvadrat metr ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib

Ötən ay Azərbaycanın 2 301 271 kvadrat metr ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib
# 03 oktyabr 2007 12:45 (UTC +04:00)
2007-ci ilin sentyabr ayı ərzində 2 301 271 kvadrat metr (kv/m) ərazi yoxlanılıb və mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, 1 841 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda cəmi 339 nəfər, 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib. İndiyədək isə aparılan əməliyyatlar nəticəsində 57 982 642 kv/m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 280 775-dir. Hazırda ANAMA təmizləmə əməliyyatlarını Tərtər, Ağdam, Füzuli, Goranboy, Xocavənd və Ağstafa rayonlarında aparır.
ANAMA-dan bildirilib ki, 2007-ci ilin sentyabrında heç bir mina/PHS hadisəsi qeydə alınmayıb. 2001-ci ilin sentyabrından indiyədək isə 91 mina/PHS hadisəsi nəticəsində 56 nəfər həlak olub, 127 nəfər müxtəlif dərəcəli xəsarət alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR