Bank Of Baku

Bakıda “Yodlaşdırılmamış duz: problemlər, perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib

Bakıda “Yodlaşdırılmamış duz: problemlər, perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib
# 04 oktyabr 2007 16:24 (UTC +04:00)
Tədbirdə çıxış edən iqtisadi inkişaf naziri Heydər Babayev bu günədək nazirliyin müvafiq qurumları tərəfindən yodlaşdırılmamış duz istehsalı və satışı ilə mübarizə sahəsində müəyyən tədbirlərin həyata keçirildiyini vurğulayıb.
H.Babayev bu gün ölkədə 21 şirkətin duz istehsalı ilə məşğul olduğunu bildirib: “Bu gün Azərbaycanda duz istehsalı bizi qane etmir. İdxal olunan duz da bizim istədiyimiz keyfiyyətə malik deyil”.
Nazir vurğulayıb ki, Masazır gölünün yaxınlığında yodlaşdırılmış duz istehsal edən müəssisənin tikintisi nəzərdə tutulur. Artıq gölə çirkab suların axıdılmasının qarşısı alınıb və dövlət başçısının tapşırığı əsasında “Azərsu” ASC bununla bağlı işlər aparır.
İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəhbəri Xaliq Məmmədov isə hazırda Azərbaycan bazarında yerli istehsalla yanaşı İran, Türkiyə və s. ölkələrdən idxal olunmuş duza rast gəlindiyini vurğulayıb: “Araşdırmalarımız göstərir ki, xarici ölkələrin əmtəə nişanları ilə satılan duzların çoxusu ölkə ərazisində kustar üsulla hazırlanıb”.
X.Məmmədovun bildirdiyinə görə, 18 adda duz nümunəsi laboratoriyalarda yoxlanılıb. Bunun 5-də yodun miqdarı normada olub, 8-də - normadan xeyli aşağı və ya ümumiyyətlə olmayıb, 5-i barəsində isə rəy vermək mümkün olmayıb.
UNİCEF-in Bakı ofisinin rəhbəri xanım Haana Singer isə bildirib ki, UNİCEF-in apardığı bioloji sorğu nəticəsində yodlaşdırılmış duzdan istifadə göstəricisinin 2001-ci ildə 41%, 2007-ci ildə isə 77%-ə çatdığı qeydə alınıb.
Tədbirdə qeyd olunub ki, Azərbaycanda yodlu duzdan istifadənin maksimal göstəricisi Xaçmaz rayonunda, minimal - Abşeron rayonunda qeydə alınıb. Uşaqlarda yod defisiti son iki ildə 3-4 dəfə azalıb. /APA-Economics/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR