Bank Of Baku

Azərbaycan ilin sonunadək Etalon Mərkəzini istifadəyə verəcək

Azərbaycan ilin sonunadək Etalon Mərkəzini istifadəyə verəcək
# 04 oktyabr 2007 11:05 (UTC +04:00)
Azərbaycanda Etalon Mərkəzinin bu ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir. “APA-Economics”in bildirdiyinə görə, bu barədə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin (SMPDA) baş direktoru Ramiz Həsənov məlumat verib.
R.Həsənovun sözlərinə görə, artıq 9 etalon alınaraq Azərbaycana gətirilib: “Hazırda Etalon Mərkəzinin binası tikilir. Avropa İttifaqı mərkəzin yerləşəcəyi bina üçün böyük tələblər müəyyənləşdirib. Həmin binada temperatur, rütubətlik normalarına riayət olunmalıdır”.
Agentlik rəhbəri etalonların əsasən ABŞ, Almaniya, Fransa və İsveçrədən alındığını vurğulayıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR