Bank Of Baku

ATƏT-in tədbirində Azərbaycana insan alverinə qarşı aparılan mübarizə sahəsində heç bir irad bildirilməyib

ATƏT-in tədbirində Azərbaycana insan alverinə qarşı aparılan mübarizə sahəsində heç bir irad bildirilməyib
# 04 oktyabr 2007 12:11 (UTC +04:00)
Oktyabrın 2-də ATƏT-in Polşanın paytaxtı Varşavada keçirilən İnsan ölçüsü sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı 12-ci Müşavirəsində üzv ölkələrdə insan alverinin vəziyyəti müzakirə olunub. Tədbirdə iştirak edən “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın APA-ya verdiyi məlumata görə, müzakirələr zamanı ölkələrin insan alverinə qarşı mübarizəsi ilə bağlı görülmüş işlərlə bağlı hesabatlar dinlənilib, bu sahədə mövcud olan problemlərdən danışılıb. Ermənistan, Ukrayna və daha bir neçə dövlətdə insan alveri ilə mübarizənin lazımi səviyyədə qurulmadığı, bu sahədə ciddi nöqsanların mövcud olduğu vurğulanıb. Tədbirdə Azərbaycana insan alverinə qarşı aparılan mübarizə sahəsində heç bir irad bildirilməyib.
Qeyd edək ki, bu il sentyabrın 24-də başlayan 12-ci Müşavirə oktyabrın 6-dək davam edəcək. Yığıncaqda üzv ölkələrin bütün sahələrdə öhdəliklərinin yerinə yetirilməsinin vəziyyəti müzakirə olunur. Tədbirdə Azərbaycanı dövlət qurumlarının və QHT-lərin nümayəndələri təmsil edirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR