Bank Of Baku

Bu ilin ilk yarısında 229 QHT dövlət qeydiyyatına alınıb

Bu ilin ilk yarısında 229 QHT dövlət qeydiyyatına alınıb
# 04 oktyabr 2007 12:32 (UTC +04:00)
Azərbaycan Milli QHT Forumu (MQF) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi, Urban İnsititutu və Qeyri-Kommersiya Hüquq üzrə Beynəlxalq Mərkəzin tərəfdaşlığı ilə həyata keçirdiyi “Qeyri - Kommersiya Hüququ üzrə əsaslı ictimai vəkillik” layihəsi üzrə QHT-lərlə bağlı keçirdiyi monitorinqin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, MQF-nun sədr müavini Səfər Alışarlı monitorinqin MQF və İqtisadi Hüquqi Maarifçilik Mərkəzi (İHMM) tərəfindən həyata keçirildiyini deyib. O, layihə çərçivəsində QHT-lərlə bağlı qanunların tətbiqinin mövcud vəziyyətinin araşdırıldığını da qeyd edib. İHMM-in rəhbəri Ağamirzə Bağırov həyata keçirilən monitorinqlə bağlı məlumat verib. Onun sözlərinə görə, aparılan araşdırmalar nəticəsinhdə əvvəlki illərlə müqayisədə QHT-lərin dövlət qeydiyyatına alınması prosesi asanlaşıb. Belə ki, 2005-ci ildən yüzdən çox QHT dövlət qeydiyyatına alınıbsa, 2006-cı ildə 548, 2007-ci ilin birinci yarısında isə 229 QHT dövlət qeydiyyatına alınıb. Tədbirdə regionlarda fəaliyyət göstərən QHT-lərin mövcud vəziyyəti də müzakirə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR