Bank Of Baku

“Gənclər narkotikə yox deyir” mövzusunda seminar-müşavirə keçirilib

“Gənclər narkotikə yox deyir” mövzusunda seminar-müşavirə keçirilib
# 04 oktyabr 2007 13:59 (UTC +04:00)
Bu gün Bakı Slavyan Universitetində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası “Gənclər narkotikə yox deyir” mövzusunda seminar-müşavirə keçirib. Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, tədbirdə məqsəd gənclərin maarifləndirilməsi və bu yolla narkomanlığın qarşının alınması üçün qabaqlayıcı profilaktik tədbirlər görməkdir. Çıxış edən natiqlər tələbələrə narkomanlığın törətdiyi fəsadlar barədə məlumat verib, eyni zamanda onları maraqlandıran sualları cavablandırıblar. Tədbirdə aidiyyəti nazirlik, komitə və təşkilatların nümayəndələri iştirak ediblər. Dövlət Komissiyası oktyabr ayının 10-da Bakı şəhəri və regionlarda yerləşən hərbi hissələrdə, noyabr ayında isə ölkənin digər rayonlarında narkomanlığın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər keçirməyi planlaşdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR