Bank Of Baku

Azərbaycana xaricdən gətirilən uşaq oyuncaqları sağlamlıq üçün təhlükəlidir

Azərbaycana xaricdən gətirilən uşaq oyuncaqları sağlamlıq üçün təhlükəlidir
# 04 oktyabr 2007 15:11 (UTC +04:00)
Azərbaycana xaricdən gətirilən bəzi uşaq oyuncaqları sağlamlıq üçün təhlükə yaradır. “APA-Economics”in məlumatına görə, bunu İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəhbəri Xaliq Məmmədov bildirib.
X.Məmmədovun sözlərinə görə, bu oyuncaqlar əsasən Çindən idxal olunur: “Oyuncaqların istehsalında, eləcə də içərisində ağır metallara rast gəlinir. Bunlar uşaqların sağlamlığı və böyüməsi üçün çox təhlükəli hesab olunur”.
X.Məmmədovun sözlərinə görə, oyuncaq bazarının 80-90%-ni Çində istehsal olunmuş mallar təşkil edir.
Xidmət rəisi onu da vurğulayıb ki, bu gün Azərbaycanda Avropa brendləri altında Çin istehsalı olan geyimlərin satılması halları mövcuddur. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR