Bank Of Baku

Qadın Hüquqşünaslar Forumu “İnsan alveri qurbanlarının müdafiəsinin təşkili” adlı pilot layihə həyata keçirir

Qadın Hüquqşünaslar Forumu “İnsan alveri qurbanlarının müdafiəsinin təşkili” adlı pilot layihə həyata keçirir
# 04 oktyabr 2007 16:20 (UTC +04:00)
Azərbaycan Qadın Hüquqşünaslar Forumu İnsan Hüquqları üzrə Maarifləndirmə Birliyi ilə birlikdə qadın hüquqşünaslar üçün vəkillik məktəbi proqramı çərçivəsində “İnsan alveri qurbanlarının müdafiəsinin təşkili” adlı pilot layihə həyata keçirir. Layihənin koordinatoru İradə Cavadova APA-ya bildirib ki, ATƏT-in maliyyə dəstəyi ilə həyata keçiriləcək layihə 3 ay müddətinə nəzərdə tutulub. Onun sözlərinə görə, təşkil olunan kurslara dinləyici qismində vəkillik fəaliyyətinə yeni başlamış qadın hüquqşünaslar və insan alverinin qurbanlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarının nümayəndələri cəlb olunublar. Kursları tanınmış vəkillərin aparacağını deyən layihə rəhbəri hakimlər və dinləyicilərlə birlikdə dəyirmi masaların keçirilməsinin də nəzərdə tutulduğunu deyib. Kurslarda dinləyici qismində 20 nəfərdən artıq qadın iştirak edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR