Bank Of Baku

İstanbulun Ümraniyyə bələdiyyəsinin nümayəndə heyəti Azərbaycanda xeyriyyə aksiyaları keçirəcək

İstanbulun Ümraniyyə bələdiyyəsinin nümayəndə heyəti Azərbaycanda xeyriyyə aksiyaları keçirəcək
# 05 oktyabr 2007 10:34 (UTC +04:00)
Azərbaycanda səfərdə olan İstanbulun Ümraniyyə rayon bələdiyyəsinin sədri Həsən Canın rəhbərlik etdiyi nümayəndə heyəti mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, H. Can bildirib ki, üç gün davam edəcək səfər çərçivəsində Azərbaycanda xeyriyyə tədbirləri və konsert keçiriləcək, 600 nəfərlik iftar yeməyi təşkil olunacaq. Nümayəndə heyəti həmçinin bu gün Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edəcək, Əhmədli qəsəbəsində əlillərə əlil arabaları paylayacaq. Bakı ətrafında məskunlaşmış məcburi köçkünlərə ərzaq yardımı edəcəklərini deyən H. Can bildirib ki, səfərin sonunda sənətçi Azərinin iştirakı ilə konsert proqramı təşkil olunacaq. Nümayəndə heyətinin tərkibinə İstanbul millət vəkili Mustafa Ataş, Ümraniyə icra nümayəndəsi Məmməd Əli İldırım, Sultanbəyli qəsəbəsinin bələdiyyə sədri Ələddin Ərsoy və digər şəxslər daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR