Bank Of Baku

Azərbaycanda 1 milyon 810 min 500 ailə var

Azərbaycanda 1 milyon 810 min 500 ailə var
# 05 oktyabr 2007 10:52 (UTC +04:00)
Komitə sədri son vaxtlar Azərbaycanda boşanmaların sayının azaldığını bildirib. H. Hüseynov indiyə kimi 202 uşağın ailələrə verildiyini və prosesin davam etdiyini deyib. Onun sözlərinə görə, uşaqlar ailələrə verildikdən sonra da həmin ailələrlə təmaslar davam etdirilir. Hazırda ölkələrarası övladlığa götürülmə ilə bağlı qaydaların hazırlanaraq, Nazirlər Kabinetinə təqdim olunduğunu deyən komitə sədri bu sənədin yaxın vaxtlarda təsdiq olunacağına inandığını söyləyib. Uşaq və ana ölümü ilə bağlı məsələyə toxunan H. Hüseynova bunun əsas səbəbi kimi ekoloji və genetik problemlərin təsirini qeyd edib: “Lakin burada qadınlar arasında savadsızlıq hallarının mövcudluğu da xüsusi rol oynayır. Çox zaman onlar hamilə olduqları vaxt həkimə müraciət etmir”. H. Hüseynova son 1 ildə 1 yaşına qədər uşaq ölümünün sayının 1508-ə çatdığını bildirib. Onun sözlərinə görə, hər 100 min qadından 32-si doğuş vaxtı və ya sonra dünyasını dəyişib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR