Bank Of Baku

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə edilən 2 minə yaxın müraciətin əksər hissəsi təmin olunub

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə edilən 2 minə yaxın müraciətin əksər hissəsi təmin olunub
# 05 oktyabr 2007 10:55 (UTC +04:00)
Fəaliyyət göstərdiyi 18 ay ərzində Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2 minə yaxın müraciət daxil olub. APA-nın məlumatına görə, bu barədə sözügedən komitənin sədri Hicran Hüseynova keçirdiyi mətbuat konfransında məlumat verib. H. Hüseynova həmin müraciətlərin böyük qisminin həllini tapdığını deyib. Onun sözlərinə görə, Dövlət Komitəsi yaranandan sonra bu sahədə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq parlamentə təqdim edilib. Komitə sədri ailələrin , o cümlədən qadın və uşaqların problemlərinin ciddi şəkildə araşdırıldığını, onların həlli ilə bağlı tədbirlər görüldüyünü söyləyib. H. Hüseynova bölgələrdə bu istiqamətdə müxtəlif tədbirlərin həyata keçirildiyini də vurğulayıb: “Bu ayın sonunda Gəncədə, ilin axırlarında isə Lənkəranda daha iki tədbir keçiriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR