Bank Of Baku

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi ilə birgə reydlər keçirəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi ilə birgə reydlər keçirəcək
# 05 oktyabr 2007 11:32 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi ilə birlikdə küçələrdə reydlər keçirəcək. APA-nın məlumatına görə, bunu komitə sədri Hicran Hüseynova keçirdiyi mətbuat konfransında deyib. Reydlər zamanı küçə uşaqları ilə bağlı monitorinq aparılacağını açıqlayan H. Hüseynova bildirib ki, hazırda küçə uşaqlarının dəqiq statistikası məlum deyil və bu cür uşaqlar əsasən paytaxtda cəmləşib: “Bir çox hallarda məktəblərdə nəzarət güclü olmadığından onlar bu taleni yaşamalı olurlar. Biz məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etmişik. Hesab edirəm ki, müəllimlərin məsuliyyəti artırılmalıdır”. H. Hüseynova qızlar arasında erkən nikahların bağlanılması probleminə də toxunub. Onun sözlərinə görə, bu hala daha çox cənub rayonlarında rast gəlinir. Komitə sədrinin fikrincə, bu vəziyyətdən çıxış yollarından biri də əhali arasında maarifləndirmənin genişləndirilməsidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR