Bank Of Baku

Azad Rəhimov: “Gənclər şəhərciyi üçün ayrılmış yer neçə vaxtdır boş qalıb”

Azad Rəhimov: “Gənclər şəhərciyi üçün ayrılmış yer neçə vaxtdır boş qalıb”
# 05 oktyabr 2007 11:49 (UTC +04:00)
“Azərbaycan Gənclər və İdman Nazirliyi gənclər şəhərciyinin tikilməsinin yollarını axtarır. Bu istiqamətdə fəal olmasa da, müxtəlif şirkətlərlə danışıqlar aparılır”. APA-nın məlumatına görə, bu açıqlamanı gənclər və idman naziri Azad Rəhimov verib. Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən nazirlik üçün Hövsan qəsəbəsində ayrılmış 3 hektar yer neçə müddətdir ki, boş qalıb: “Hövsanda böyük bir olimpiya kompleksi tikilib və onun arxasında böyük bir ərazi nazirliyə verilib. Nazirlik yaşayış binaları tikmir, ev məsələsi ilə məşğul olmur. Nazirlik yalnız sifariş verə bilər. Bu haqda danışıqlar müsbət nəticələnsə, biz orada iş görə bilərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR