Bank Of Baku

“Naxçıvan bu gün: islahatlar, perspektivlər” mövzusunda beynəlxalq simpozium keçirilir

“Naxçıvan bu gün: islahatlar, perspektivlər” mövzusunda beynəlxalq simpozium keçirilir
# 05 oktyabr 2007 12:11 (UTC +04:00)
Naxçıvanda “Naxçıvan bu gün: islahatlar, perspektivlər” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb. APA-nın Naxçıvan bürosunun xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsi, A. Bakıxanov adına Tarix İnstitutu və Naxçıvan Dövlət Universitetinin təşkil etdiyi tədbir iki gün davam edəcək. Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən beynəlxalq simpoziumun işində AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun başçılıq etdiyi nümayəndə heyəti, eləcə də Türkiyədən qonaqlar iştirak edir. Bu gün plenar iclası keçirilən tədbir sabah 7 bölmədə öz işini davam etdirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR