Bank Of Baku

Elmira Süleymanova Azərbaycanda səfərdə olan avropalı jurnalistləri qəbul edib

Elmira Süleymanova Azərbaycanda səfərdə olan avropalı jurnalistləri qəbul edib
# 05 oktyabr 2007 17:00 (UTC +04:00)
Ombudsman Elmira Süleymanova “Avropa Qonşuluq Siyasəti” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan avropalı jurnalistləri qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanova jurnalistlərin suallarını cavablandırıb, Azərbaycanda insan hüquqlarının qorunması sahəsində görülən işlərdən danışıb. Avropalı jurnalistlər Azərbaycanda KİV-in vəziyyəti və media hüquqlarının müdafiəsi ilə maraqlanıblar. E. Süleymanova bildirib ki, bu məsələ daim müvəkkilin diqqətindədir. E. Süleymanova məhkum jurnalistlərin əfv olunması ilə bağlı Azərbaycan Respublikası Prezidenti yayında Əfv Komissiyasına müraciət etdiyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR