Bank Of Baku

Naxçıvanda musiqili yarmarka təşkil olunub

Naxçıvanda musiqili yarmarka təşkil olunub
# 06 oktyabr 2007 09:34 (UTC +04:00)
Naxçıvanda musiqili yarmarka təşkil olunub. APA-nın Naxçıvan bürosunun məlumatına görə, MR paytaxtının Heydər Əliyev prospekti boyunca 7 km məsafədə təşkil olunan yarmarka əyləncəli musiqi proqramlar, mədəni-kütləvi tədbirlərlə müşayiət olunub. Satış bazarında 100-dən artıq müxtəlif növ yerli istehsal, sənaye və kənd təsərrüfatı məhsulları alıcılara təqdim edilib. Yarmarkada həmçinin bu məhsulların satış sərgisi, müxtəlif növ iaşə xidmətləri göstərilir. Təqdim olunan qiymətlər digər satış müəssisələrindən 20-40% ucuzluğu ilə seçilir. Musiqili yarmarka günün sonuna qədər davam edəcək. Qeyd edək ki, musiqili yarmarkanı Naxçıvan MR-in İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri yerli icra strukturları ilə birgə təşkil edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR