Bank Of Baku

“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın dövlət orqanları və ictimaiyyətlə birgə müzakirəsinə həsr olunan dəyirmi masa keçirilib

“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın dövlət orqanları və ictimaiyyətlə birgə müzakirəsinə həsr olunan dəyirmi masa keçirilib
# 08 oktyabr 2007 11:07 (UTC +04:00)
Korrupsiyaya Qarşı Mübarizə Fondunun təşəbbüsü ilə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın dövlət orqanları və ictimaiyyətlə birgə müzakirəsinə həsr olunan dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, fondun prezidenti Namiq Axundov bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizəni gücləndirmək məqsədilə Korrupsiyaya Qarşı Mübarizə Fondu ABŞ-ın İATP proqramı ilə birgə “Korrupsiyaya qarşı virtual vəkillik” layihəsini həyata keçirir. Fond layihə çərçivəsində “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” adlı kitab da nəşr etdirib. O, korrupsiyaya qarşı mübarizənin dövlət səviyyəsində aparılması üçün müvafiq hüquqi bazanın və dövlət orqanlarının yaradıldığını da söyləyib: “Korrupsiya ilə mübarizədə vətəndaş cəmiyyətinin imkanlarından tam yararlanmadan və onun rəyi ilə hesablaşmadan uğur qazanmaq çox çətindir. Bu əməkdaşlığı həyata keçirmək üçün Korrupsiyaya Qarşı Mübarizə Fondu Azərbaycanın müxtəlif regionlarında ictimaiyyətin və yerli dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə son aylarda 6 tədbir keçirib. Layihənin əsas məqsədi korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilmiş dövlət sənədlərinin ictimaiyyət arasında yayılması və onların bu mübarizədə yaxından iştirakını təmin etməkdir. Fondun icraçı direktoru Vasif Mövsümovun sözlərinə görə, rayonlarda əhalinin korrupsiya halları ilə üzləşməsinin əsas səbəbləri məmur özbaşınalığı, hüquqi savadsızlıq və vətəndaş cəmiyyətinin inkişaf etməməsidir. O, bu problemlərin aradan qaldırılmasında mətbuatın yardımına ehtiyac olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR