Bank Of Baku

Azərbaycandakı son 3 çadır şəhərciyindəki köçkünlərin 80%-i yeni salınan qəsəbələrə köçürülüb

Azərbaycandakı son 3 çadır şəhərciyindəki köçkünlərin 80%-i yeni salınan qəsəbələrə köçürülüb
# 08 oktyabr 2007 13:25 (UTC +04:00)
Azərbaycanda bu ilin sonuna kimi ləğvi nəzərdə tutulan son 3 çadır şəhərciyində məskunlaşmış məcburi köçkünlərin artıq 80%-i yeni salınan qəsəbələrə köçürülüb.
Qaçqın və Məcburi Köçkün İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti Departamentinin direktoru Sənan Hüseynov “APA-Economics”ə bildirib ki, çadır şəhərciklərinin 1-i Sabirabadda, 2-si Saatlıdadır. Bu düşərgələrdə, eyni zamanda İmişlidə dəmiryolu üzərindəki yük vaqonlarında məskunlaşan 4 179 köçkün ailəsinin köçürülməsi üçün Biləsuvar, Füzuli, Sabirabad, Ağcabədi və Ağdamda 13 yeni qəsəbə tikilib. Artıq Ağdamda yeni salınan qəsəbəyə Ağdam rayonundan olan 35 köçkün ailəsi, Biləsuvardakı 5 yeni qəsəbəyə Cəbrayıl rayonundan olan 1 858 köçkün ailəsi, Ağcabədinin Taxta körpü qəsəbəsindəki yeni qəsəbəyə 21 Laçın köçkün ailəsi, Sabirabaddakı yeni qəsəbəyə Zəngilan rayonundan olan 161 köçkün ailəsi köçürülüb. Füzulidəki 5 yeni qəsəbəyə Füzuli rayonundan olan 2 104 köçkün ailəsinin köçürülməsinə isə yaxın günlərdə başlanılacaq. Ümumilikdə, oktyabrın sonuna kimi köçkünlərin yeni qəsəbələrə köçürülməsinin yekunlaşması nəzərdə tutulub.
Xatırladaq ki, ümumilikdə Azərbaycanda 12 çadır şəhərciyi olub və onun 9-u artıq ləğv edilib. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR