Bank Of Baku

Tahir Əliyev: “Mən AzTV-ni normal tərk edənlərdən biriyəm”

Tahir Əliyev: “Mən AzTV-ni normal tərk edənlərdən biriyəm”
# 10 oktyabr 2007 12:35 (UTC +04:00)
“AzTV-ni tərk edən əməkdaşların dünən Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında mənim dediyim cümlələri özlərinin mövqelərinə uyğun olaraq təhrif edən mətbuat orqanlarına etiraz edirəm”. Bu sözləri APA-ya açıqlamasında “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətindən uzaqlaşdırılan əməkdaşlardan Tahir Əliyev bildirib. Onun sözlərinə görə, mətbuat konfransı yalnız AzTV-nin mətbuat mərkəzinin yaydığı məlumata etiraz əlaməti kimi keçirilib: “Mən heç kimə imkan verməmişəm ki, şərəfimə ləkə gətirəcək sözlər yazsın. Adımdan yazılan cümlələrin doxsan faizi təhrif olunub. Mən AzTV-ni normal tərk edənlərdən biriyəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR