Bank Of Baku

Gələn il Azərbaycanda yaşayış minimumu 90 manata çatdırılacaq

Gələn  il Azərbaycanda yaşayış minimumu 90 manata çatdırılacaq
# 11 oktyabr 2007 14:33 (UTC +04:00)
Gələn il bu artıma uyğun olaraq, minimum əmək haqqı və minimum pensiyanın məbləğinin də artırılması gözlənilir. Ölkədə minimum əmək haqqı və pensiyanın yaşayış minimumuna çatdırılması nəzərdə tutulur. Gələn il minimum əmək haqqı prezident seçkilərinə - oktyabr ayına qədər 2 dəfə artırılacaq. Minimum əmək haqqının təqribən 70 manatdan çox olacağı gözlənilir.
H.Rəcəbli qeyd edib ki, gələn il üçün nəzərdə tutulan dövlət büdcəsinin 12 mlrd. ABŞ dollarına bərabər olacağı gözlənilir. Növbəti ilin büdcəsi bu ilkindən 30% çox olacaq. Bu ilin büdcəsi kimi, 2008-ci ilin büdcəsi də sosial və investisiya yönümlü olacaq. Belə ki, gələn ilki büdcənin təqribən 30%-i sosial məsələlərə yönələcək. H.Rəcəbli büdcədə neft gəlirlərinin üstünlük təşkil etdiyini də vurğulayıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR