Azərbaycanda əksər reklamların dili bərbad və anlaşılmazdır
Azərbaycan Reklamçılar İttifaqının prezidenti Haçıəmi Atakişiyev də bu fikirdədir ki, dilin qaydalarının pozulması halları yalnız radio və televiziyada nümayiş olunan reklamlar deyil, küçə reklamları üçün də xarakterikdir. H. Atakişiyevin “APA-Economics”ə bildirdiyinə görə, Azərbaycanda nəinki reklamlar, hətta reklam agentlikləri də bərbad vəziyyətdədir. Bunun əsas səbəblərindən biri isə reklam sahəsində təsadüfü adamların çalışmasıdır. ARİ prezidenti hesab edir ki, Azərbaycanda bu kimi problemlərin həlli və reklam sahəsinə nəzarət etmək üçün Reklam Şurası yaradılmalıdır. Bunun üçün isə ilk növbədə “Reklam haqqında” qanuna dəyişiklik edilməlidir: “Reklam Şurası dizayner, dilçi və jurnalistlərdən təşkil olunmalı, hazırlayacağı xüsusi proqram əsasında bu sahəni tənzimləməlidir. Şura “Reklam haqqında” qanuna dəyişikliyin edilməsini gözləmədən də reklam sahəsini bu proqram əsasında tənzimləyə bilər”. Bununla bağlı təklifləri artıq Milli Məclisə təqdim etdiklərini deyən H. Atakişiyev bildirib ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olduqdan sonra belə bir qurumun fəaliyyət göstərməsi daha da aktuallaşacaq. Onun sözlərinə görə, artıq Ukrayna, Rusiya və Gürcüstan kimi ölkələrdə Reklam Şurası fəaliyyət göstərir. Bundan əlavə, H. Atakişiyev hesab edir ki, reklamları yerləşdirmə səlahiyyəti bələdiyyələrə verilməlidir: “Bu, reklam sahəsindəki monopoliyanı aradan qaldırar. Paytaxtdakı reklamların dilinə nəzarət etmək üçün isə Bakı şəhər icra Hakimiyyətinin Reklam Departamentində ictimai əsaslarla yazıçı, jurnalist və digər mütəxəssislərdən ibarət şuranın yaradılması müsbət nəticə verər”.
Reklamlarda uşaq əməyindən istifadəyə gəldikdə, H.Ataskişiyev bildirib ki, Azərbaycan qanunvericiliyində uşaqların reklamlara çəkilməsi ilə bağlı məsələ əksini tapmayıb. Ancaq Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olduqdan sonra həm bu, həm də digər məsələlərlə bağlı qanunvericiliyində dəyişikliyin edilməsi zərurəti yaranacaq.
Reklam sahəsində iki ildir, fəaliyyət göstərən “Qlobus İnternational” agentliyinin baş meneceri Orxan Mehdiyev də hesab edir ki, bütün məsələlərdən əvvəl reklamların dilinə fikir vermək lazımdır. Baş menecer fəaliyyət göstərdikləri müddətdə “Qlobus İnternational” agentliyinin reklamlarında dillə bağlı problemin olmadığını da söyləyib.
“Kommet” reklam şirkətinin meneceri Rüfət Məlikov isə bildirib ki, onlarda reklamların dilinə nəzarət edən xüsusi mütəxəssislər var. Həmin mütəxəssislər əcnəbi dildə olan reklam mətnini Azərbaycan dilinə tərcümə edir, Azərbaycan dilində mətnləri isə dövlət dilinin qayda-qanunlarına uyğun formada tərtib edirlər.
Milli Televiziya və Radio Şurasından isə reklamların dili ilə bağlı konkret fikir söyləməyə tələsmirlər. Şura üzvü Qafar Cəbiyev “APA-Economics”ə hazırda reklamların dili ilə bağlı monitorinq apardıqlarını, bu araşdırmalar yekunlaşdıqdan sonra qəti fikir söyləyə biləcəklərini söyləyib. Azərbaycanda reklam bazarına, o cümlədən reklamların dilinə nəzarət edən dövlət orqanı olan İqtisadi İnkişaf Nazirliyindən isə “APA-Economics”ə bildirilib ki, reklamların Azərbaycan dilinin qaydalarına tam cavab verdiyini söyləmək düzgün olmazdı. Ancaq reklamlar, əsasən, dilimizin qaydalarına uyğun hazırlanır və bu sahədə elə də ciddi problem yoxdur. Nazirlik Azərbaycanın reklam bazarında monopoliyanın olduğunu da inkar edir. /APA-Economics/
Sosial
Deputat: Taksi sürücüləri AYNA ilə yol hərəkəti qaydalarının tətbiqinə cavabdeh qurumlar arasında ziddiyyətlərdən şikayətlənir
Xankəndi və Ağdərəyə növbəti köç olub, açarlar təqdim edilib - YENİLƏNİB-2
Rəşad Mahmudov xaricdə tibb təhsili almış şəxslərin diplomlarının tanınmasındakı çətinliklərdən şikayətlənib
Azərbaycanda sümük iliyi donor bankının yaradılması təklif olunub
Xəbər Lenti
Xəzər rayonunda açıq ərazidə yanğın başlayıb
Peskov: Rusiya Ukraynaya zərbələr endirməyə davam edəcək
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutub: Təbiət və şəhər həyatının harmoniyası - FOTO
XİN-də xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşları və maaşlara əlavələrin məbləği təsdiq edilib
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Şəmkirdə regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Deputat: Taksi sürücüləri AYNA ilə yol hərəkəti qaydalarının tətbiqinə cavabdeh qurumlar arasında ziddiyyətlərdən şikayətlənir
Moskva ardıcıl ikinci gün Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb - YENİLƏNİB
Xankəndi və Ağdərəyə növbəti köç olub, açarlar təqdim edilib - YENİLƏNİB-2
Millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilir
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşib
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO
Rəşad Mahmudov xaricdə tibb təhsili almış şəxslərin diplomlarının tanınmasındakı çətinliklərdən şikayətlənib
İranda yol qəzasında 5 nəfər ölüb
Deputat yollarda standartlara uyğun olmayan nişanlanma və cərimələrdən narazıdır
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
İslam İnkişaf Bankının Müdirlər Şurasına sədrlik Burkina Fasoya təhvil verilib
Katz Suriyanın "Hizbullah"la mübarizəsindən danışıb: Colani İsrailin işinə qarışmamalıdır
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşir
PUA-ların dövriyyədə olmasına xüsusi icazə əsasında yol veriləcək
Avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamə verilməsi üçün rüsum müəyyənləşir
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq
Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər qoyulur, tanınma nişanı olacaq
Azərbaycanda avtonom gəminin istismarının əsasları müəyyənləşir
Lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti uzadılıb
İsrail Livanı bombalayıb, 18 nəfər ölüb
Sabah 39 dərəcə isti olacaq
“Hizbullah” İsrail tankını dronla vurub, batalyon komandiri və daha 3 hərbçi ölüb
Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
İcra başçısı: Şəmkirdə aqrar sahədə ciddi irəliləyiş əldə olunub
Ağdamda avtomobil 4 piyadanı vurub - YENİLƏNİB
Sədr müavini: Aqrar sahədə Dövlət Proqramının icrası üçün Qazax-Tovuz iqtisadi rayonunda geniş imkanlar var
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Azərbaycan ŞƏT-in energetika nazirlərinin 6-cı iclasında təmsil olunub
ADSEA: Aqrar sahənin dayanıqlı inkişafı üçün etibarlı su təminatı həlledici əhəmiyyət daşıyır
“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib
Zaqatalada qətl törədilib - YENİLƏNİB
Azərbaycanda sümük iliyi donor bankının yaradılması təklif olunub
Bakıda piyada və yeraltı keçidlərdən istifadə ilə bağlı tədbirlər keçirilib - VİDEO
Azərbaycan 61 mln. dollara yaxın Gürcüstan məhsulu tədarük edib
Karapetyanın bloku seçkilərin nəticələrinin ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib
Ölkədə 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının 20 faiz artırılması hədəflənib
Vilayət Eyvazov xidmətə qəbul üçün sıra baxışı keçirib - VİDEO