Bank Of Baku

Azərbaycan hökuməti ilə UNICEF milli Orta Dövr İcmalı aparacaq

Azərbaycan hökuməti ilə UNICEF milli Orta Dövr İcmalı aparacaq
# 18 oktyabr 2007 13:01 (UTC +04:00)
Azərbaycan hökuməti ilə UNICEF beş illik (2005-2009) birgə əməkdaşlıq planının həyata keçirilməsi ilə əlaqədar əldə edilən irəliləyişləri və gələcək planları müzakirə etmək məqsədilə Orta Dövr İcmalı aparmaq üçün yüksək səviyyəli görüş keçirəcək. UNICEF-in Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, oktyabrın 19-da Nazirlər Kabinetində keçiriləcək görüşə baş nazirin müavini Elçin Əfəndiyev sədrlik edəcək.
Görüş iştirakçıları - yüksək rütbəli hökumət rəsmiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri ötən iki il ərzində əldə olunan nəticələri və qazanılan təcrübəni qiymətləndirərək, gələcək fəaliyyəti müzakirə edəcəklər. UNICEF bu proqram çərçivəsində Azərbaycan hökuməti ilə tərəfdaşlıq şəraitində səhiyyə, təhsil, uşaqların müdafiəsi və iştirakı sahələrində öz səylərini artıracaq. UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Hanaa Singer “Azərbaycan uşaqlarının qarşısında duran vəzifələrin öhdəsindən gəlmək məqsədilə hökumət və vətəndaş cəmiyyətindən olan tərəfdaşlarla işləməyə tam sadiqik” deyib. Orta müddətli icmal nəticəsində ölkə proqramının qalan dövründə (2007-2009) dəyişikliklərin edilməsi üçün tövsiyələr hazırlanacaq. Azərbaycan hökuməti və UNICEF 2005-ci ildə uşaqların müdafiəsi, səhiyyə və qidalanma, gənclərin sağlamlığı, inkişaf və təhsil sahələrini əhatə edən yeni ölkə üzrə əməkdaşlıq proqramı imzalayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR