Bank Of Baku

Göytəpə su anbarı gələn il istifadəyə veriləcək

Göytəpə su anbarı gələn il istifadəyə veriləcək
# 19 oktyabr 2007 08:48 (UTC +04:00)
Cəlilabad rayonunun Privolniye kəndi ərazisində inşa edilən Göytəpə su anbarı gələn il istismara buraxılacaq. Bu barədə APA-nın cənub bürosuna Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) aparatından məlumat verilib. Bildirilib ki, ”Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində tikintisinə ötən ilin fevral ayından başlanan obyektə dövlət büdcəsindən 22 milyon manat vəsait ayrılıb. Burada işlərin əsas mərhələsi başa çatmaq üzrədir. Ərazi abadlaşdırılıb, 100 metr uzunluğunda və 15 metr hündürlükdə körpü tikilib. 4 milyon 200 min kub metr tutumlu beton örtüklü su anbarı hazır vəziyyətə gətirilib. Saatda 2500 kubmetr suvuran nasos stansiyasında son quraşdırma işləri görülür. Suyun əkin sahələrinə ötürülməsi üçün 3,5 km uzunluğunda su kəməri çəkilir. Su anbarının normal işləməsi məqsədilə 35 kv-luq Cəlilabad-Göytəpə elektrik hava xətti də əsaslı təmir edilib. İndi ərazidə suqəbuledici qüllələrin tikintisi gedir.
Qeyd edək ki, obyektin tikintisini Meliorasiya və Su Təsərrüfatı Agentliyinin “Muğansutikinti” törəmə müəssisəsi həyata keçirir. İşlərin nəzərdə tutulan müddətdə başa çatdırılması üçün burada iki növbədə 70-ə yaxın fəhlə və usta çalışır. Su anbarının istifadəyə verilməsi ilə Cəlilabadda 800 hektaradək əkin sahəsini suvarmaq mümkün olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR