Bank Of Baku

Azərbaycanda çalışan Filippin vətəndaşlarının az hissəsi əmək fəaliyyətilə leqal məşğuldur

Azərbaycanda çalışan Filippin vətəndaşlarının az hissəsi əmək fəaliyyətilə leqal məşğuldur
# 19 oktyabr 2007 13:58 (UTC +04:00)
Azərbaycanda 1 minə yaxın Filippin vətəndaşı əmək fəaliyyəti ilə məşğul olur. “APA-Economics”in məlumatına görə, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, bir çox dövlətlərdə olduğu kimi, Azərbaycanda da qeyri-qanuni əmək miqrantları ilə bağlı problemlər mövcuddur və bunların həlli üçün kompleks tədbirlərə başlanıb.
Asiya ölkələrindən Azərbaycana gələn əmək miqrantlarının qanuna riayət etmədiklərini deyən F.Ələkbərov problemin bu ölkələrlə birlikdə həll etmək istədiklərini söyləyib: “Bu gün Filippindən Azərbaycana işləmək üçün gələn miqrantların real sayından az hissəsi əmək fəaliyyəti ilə leqal məşğuldur. Filippin Əmək və Məşğulluq Departamenti Xaricdə yaşayan əməkçilərin sosial təminatı üzrə Administrasiyasının rəhbəri Marianito Rok Azərbaycanda olarkən bizim daxili əmək bazarında işləyən Filippin vətəndaşlarının fəaliyyətinin qanuniləşdirilməsi məsələsinin tənzimlənməsi üçün müvafiq danışıqlar apardıq”.
Nazir artıq ölkə hökumətinə və parlametinə İnzibati Xətalar Məcəlləsində müvafiq dəyişikliklərlə bağlı yeni təkliflər irəli sürdüklərini də deyib: “İşəgötürənlər bilməlidir ki, bu problem ciddi iqtisadi sanksiyalarla həll olunacaq. Ona görə də tövsiyə edərdim ki, işəgötürənlər bu məsələni qanun çərçivəsində həll etsinlər”. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR