Bank Of Baku

Əlillər üçün respublika yaradıcılıq müsabiqəsi keçirilir

Əlillər üçün respublika yaradıcılıq müsabiqəsi keçirilir
# 19 oktyabr 2007 16:34 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillər üçün respublika yaradıcılıq müsabiqəsi keçirir. Müsabiqənin münsiflər heyətində təmsil olunan Uşaq Teatrının direktoru İntiqam Soltan APA-ya bildirib ki, hazırda Salyanda müsabiqənin seçim turu aparılır. İlk turun Xaçmaz, Qusar, Siyəzən, Dəvəçi və Lənkəran bölgələrində keçirildiyini deyən İ. Soltan seçim turunun oktyabrın 20-də Mingəçevir, 25-də isə Şəkidə davam edəcəyini söyləyib. II tur 30-31 noyabr tarixlərində Bakıda aparılacaq. Müsabiqənin qalibləri dekabrın 3-də Beynəlxalq Əlillər Günü münasibətilə keçiriləcək konsertdə çıxış edəcək və təşkilatçıların mükafatları ilə təltif olunacaqlar.
Qeyd edək ki, hər 3 ildən bir keçirilən əlillərin respublika üzrə yaradıcılıq müsabiqəsi dördüncü dəfədir təşkil olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR