Bank Of Baku

Babək və Ordubad rayonlarında əmək yarmarkaları keçirilib

Babək və Ordubad rayonlarında əmək yarmarkaları keçirilib
# 20 oktyabr 2007 11:42 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının Babək və Ordubad rayonlarında əmək yarmarkaları keçirilib. APA-nın Naxçıvan MR Məşğulluq İdarəsinə istinadən verdiyi məlumata görə, Babək rayonunda keçirilən yarmarkada 25 müəssisədən 129 vakant iş yeri təqdim olunub. İlkin mərhələdə 27 vətəndaş öz ixtisasları üzrə işə göndəriş alıb.
Ordubad rayonunda isə yarmarkaya çıxarılan 166 boş iş yeri 2-i dövlət (144), 7-i (22) qeyri-dövlət müəssisələrinə aid olub. Nəticədə, 36 nəfər daimi işlə təmin olunub.
Məşğulluq İdarəsindən bildirilib ki, analoji əmək yarmarkaları bütün bölgələr üzrə keçiriləcək. Bu il sonuncu yarmarka noyabrın 9-da Naxçıvan şəhərində Gənclik Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, bu il Naxçıvan MR-nın məşğulluq orqanlarında 2 934 işaxtaran qeydiyyata alınıb. Onlardan 1 636 nəfəri müxtəlif işlə təmin olunub, 148-i peşə kurslarına cəlb edili. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR