Bank Of Baku

Azərbaycanda 2500-dən çox QHT dövlət qeydiyyatına alınıb

Azərbaycanda 2500-dən çox QHT dövlət qeydiyyatına alınıb
# 22 oktyabr 2007 13:48 (UTC +04:00)
Azərbaycan Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hazırda QHT-in dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir: “Son illərdə aparılan hüquqi islahatlar çərçivəsində qurumların dövlət qeydiyyatına alınmasında nəzərə çarpan artım müşahidə olunmaqdadır. 2001-ci ildə 23, 2002-ci ildə 50, 2003-cü ildə 100, 2004-cü ildə 164, 2005-ci ildə 379, 2006-cı ildə 548, 2007-ci ilin birinci yarısında isə 229 qurumun dövlət qeydiyyatına alınması təmin edilib. Ümumiyyətlə, hazırda ölkədə 2500-dən çox QHT dövlət qeydiyyatına alınıb. Bu sahədə görülən işlər nəticəsində qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı ilə bağlı müraciətlərin sayı əvvəlki illərlə müqayisədə 2 dəfə azalıb”. Nazirlikdən bildirilib ki, bəzi hallarda nazirliyə daxil olan sənədlər qanunvericiliyin tələblərinə cavab vermir. Bu halda qeydiyyat orqanlarının əməkdaşları çatışmazlıqları aradan qaldırmaq üçün müraciət edən şəxslərə izahlar verərək köməklik göstərirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR