Bank Of Baku

Azərbaycan əhalisinin sayı oktyabrın 1-nə 8,603 mln. nəfərə çatıb

Azərbaycan əhalisinin sayı oktyabrın 1-nə 8,603 mln. nəfərə çatıb
# 22 oktyabr 2007 14:01 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkədə 112,4 min, təxminən gündə 413 körpə doğulub, onların 53,9%-ni oğlan, 46,1%-ni isə qızlar təşkil edub. Körpələrin 1 204-ü əkiz, 27-si isə üçəmdir. Üçəm doğulanların 18-i Bakı şəhərində, 6-sı Gəncə şəhərində, 3-cü isə Ucar rayonunda dünyaya gəlib.
Rəsmi qeydə alınmamış nigahda olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı bir qədər azalsada da, yüksək olaraq qalır və ötən 9 ay ərzində onların xüsusi çəkisi ümumi diri doğulanların sayında 11% təşkil edib.
Ötən il olduğu kimi doğulan uşaqlara ən çox verilən oğlan adları Əli, Murad, Fərid və Məhəmməd, qız adları isə Fatimə, Fidan, Nəzrin və Aytac olub.
Qeyd edək ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 17,6-dan 17,7-yə, ölənlərin sayı isə 6,3-dən 6,5-dək artıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR