Bank Of Baku

Yanvar-sentyabr aylarında Azərbaycanda işçilərin orta aylıq əmək haqqı 28% artıb

Yanvar-sentyabr aylarında Azərbaycanda işçilərin orta aylıq əmək haqqı 28% artıb
# 22 oktyabr 2007 14:15 (UTC +04:00)
Cari ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 177,6 manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,2% çoxdur.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, daha yüksək orta aylıq əmək haqqı mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində və tikintidə müşahidə olunub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında müəssisə və təşkilatlarda işçilərə ödənilən 6,7 mln. manatlıq sosial xüsusiyyətli ödəmələrin əsas hissəsini tikinti, təhsil, nəqliyyat, anbar təsərrüfatı və rabitə, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahələrində çalışan işçilər alıb.
Müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 99,2 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 165,6 manat olub. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR