Bank Of Baku

Lənkəran Narkoloji Dispanserində 1010 xəstə qeydiyyatdadır

Lənkəran Narkoloji Dispanserində 1010 xəstə qeydiyyatdadır
# 23 oktyabr 2007 10:03 (UTC +04:00)
Bu ilin doqquz ayı ərzində Lənkəran Şəhər Narkoloji Dispanseri tərəfindən 51 narkoman aşkar olunaraq qeydiyyata götürülüb. Bu barədə APA-nın cənub bürosuna dispanserin baş həkimi Vüqar Əliyev məlumat verib. Onun sözlərinə görə, ümumilikdə dispanserdə qeydiyyatda olan narkomanların sayı 1010 nəfər təşkil edir. Cari ilin üçüncü kvartalında 18 xəstə qeydiyyata alınıb, 7 nəfər isə sağaldığı üçün qeydiyyatdan çıxarılıb. Baş həkim bildirib ki, hazırda 6 xəstə stasionar şəraitdə müalicə kursu keçir. Onların gündəlik qida məhsulları və lazımi dərman preparatları ilə təchizatı qənaətbəxşdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR