Bank Of Baku

Litvanın əmək və sosial təhlükəsizlik naziri Azərbaycanda iki günlük səfər edəcək

Litvanın əmək və sosial təhlükəsizlik naziri Azərbaycanda iki günlük səfər edəcək
# 23 oktyabr 2007 13:09 (UTC +04:00)
Litvanın əmək və sosial təhlükəsizlik naziri Viliya Blinkeviçütenin (Vilija Blinkevicute) rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 25-27-də Azərbaycanda səfərdə olacaq.
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iki günlük səfər zamanı ölkələr arasında gənclər siyasəti sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunucaq. Bununla yanaşı, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Litva Əmək və Sosial Təhlükəsizlik Nazirliyi arasında “Gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, 2006-cı ilin dekabrında Litva Əmək və Sosial Təhlükəsizlik Nazirliyi yanında Gənclər Məsələləri üzrə Departamentin direktoru Yuras Pozelanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Bu ilin aprelində isə gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Vilnüs şəhərinə səfər edib. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR