Bank Of Baku

Şəkidə 36 avtoxuliqan saxlanılıb

Şəkidə 36 avtoxuliqan saxlanılıb
# 23 oktyabr 2007 15:46 (UTC +04:00)
Bu gün Dövlət Yol Patrul Xidmətinin əməkdaşları (DYPX) Şəkidə əməliyyat keçirib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki DYPX-dən məlumat verilib. Aparılan reyd zamanı şüşələrində qara örtük və pərdə olan 36 avtomobil saxlanılıb. Saxlanılan avtomobillər örtük və pərdələri söküldükdən sonra maşınların sahibləri inzibati qaydada cərimə olunub. Qeyd edək ki, Şəkidə aparılan əməliyyat ötən gün ölkə başçısının avtoxuliqanlara qarşı mübarizənin gücləndirilməsi barədə verdiyi göstərişlə bağlı olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR