Bank Of Baku

Bakıda “Sərhədləri aşaraq-gənclərin mədəniyyətlərarası fəaliyyətləri” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib

Bakıda “Sərhədləri aşaraq-gənclərin mədəniyyətlərarası fəaliyyətləri” mövzusunda beynəlxalq konfransın açılış mərasimi  keçirilib
# 24 oktyabr 2007 09:26 (UTC +04:00)
Bakıda Avropa Gənclər Fondu və Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə UNİTED Mədəniyyətlərarası Fəaliyyət Şəbəkəsinin Cənubi Qafqaz regionunda ilk konfransının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, “Sərhədləri aşaraq-gənclərin mədəniyyətlərarası fəaliyyətləri” adı altında keçirilən konfrans haqqında məlumat verən Xəzər Universitetinin tələbəsi Akinropo Gbolabo Agbabiaka konfransda Ermənistan istisna olmaqla, Avropa Şurasının 32 üzv dövlətini təmsil edən 80-dək qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyini deyib. O bildirib ki, oktyabrın 28-nə kimi davam edəcək beynəlxalq konfransda əsasən Avropada islamofobiya və antisemitizm aktları, faşizm və millətçiliklə mübarizəyə dair müzakirələri və təcrübə mübadiləsi aparılacaq və Avropada, xüsusilə də Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər müzakirə olunacaq. UNİTED Mədəniyyətlərarası Fəaliyyət Şəbəkəsinin Avropada irqçilik əleyhinə ən böyük qurum olduğunu deyən Agbabiaka şəbəkənin 49 ölkədən olan 560-dək qeyri-hökumət təşkilatının özündə birləşdirdiyini qeyd edib. Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bu tədbirin respublikamızda keçirilməsini əlamətdar hal adlandırıb: “Sevindirici haldır ki, Avropada irqçilik əleyhinə ən böyük qurum olan UNİTED-Mədəniyyətlərarası Fəaliyyət Şəbəkəsinin Cənubi Qafqazda ilk konfransı Bakıda keçirilir. Yəqin ki, konfransın təşkilatçıları və iştirakçıları son illər Azərbaycanda gənclər sahəsində əldə olunmuş nailiyyətləri, həyata keçirilən gənclər siyasətindən, dövlətin gənclərə diqqət və qayğısından xəbərdardır və məhz bu amilləri əsas götürərək bu gün Azərbaycana təşrif buyurublar”. Artıq 16 ildən artıqdır ki, Azərbaycanın sovet imperiyasının miras qoyduğu Dağlıq Qarabağ münaqişəsinə cəlb edildiyini vurğulayan nazir, bu problemin siyasi mənsubiyyətindən, tutduğu vəzifədən asılı olmayaraq bütün ölkə vətəndaşlarını düşündürdüyünü və narahat etdiyini qeyd edib. Tədbirdə UNİTED Mədəniyyətlərarası Fəaliyyət Şəbəkəsinin direktoru Geert Ates, “Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” İctimai Birliyinin sədri Anar Süleymanov çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Konfransın açılış mərasimində Avropa Şurasının “Hər kəs fərqli, həır kəs bərabər” Gənclər Kampaniyasının təqdimatı da keçirilib. Qeyd edək ki, beynəlxalq konfrans oktyabrın 28-nı kimi öz işini davam etdirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR