Bank Of Baku

Ələkbər Məmmədov: “Azərbaycan tezliklə Ailə məsuliyyətləri olan işçilər haqqında Konvensiyanı ratifikasiya etməlidir”

Ələkbər Məmmədov: “Azərbaycan tezliklə Ailə məsuliyyətləri olan işçilər haqqında Konvensiyanı ratifikasiya etməlidir”
# 24 oktyabr 2007 10:11 (UTC +04:00)
Beynəlxalq Əmək Təşkilatının (BƏT) Ailə məsuliyyətləri olan işçilər haqqında 156 saylı Konvensiyasının ratifikasiya olunması məsələsi qısa müddətdə Azərbaycanda gündəmə gətirilməlidir. APA-Economics-in məlumatına görə, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədov Azərbaycanın Konvensiyaya qoşulması perspektivləri ilə bağlı bu gün Bakıda keçirilən dəyirmi masada bildirib ki, BƏT tərəfindən 1981-ci ildə qəbul edilmiş bu Konvensiyanın 2 il müzakirə edilməsinə baxmayaraq, sənəd hələ də parlament tərəfindən ratifikasiya edilməyib.
Sosial tərəfdaşların bu konvensiyanın ratifikasiyası məsələsini qısa zamanda qaldıracaqlarına əmin olan Ə.Məmmədov hesab edir ki, əslində, sənədin ratifikasiyası üçün heç bir problem yoxdur. Çünki konvensiyada tələb olunan normalar Azərbaycan Konstitusiyasında və Əmək Məcəlləsində təsbit olunub. Buna baxmayaraq, konvensiyada nəzərdə tutulan normalar Azərbaycanda tətbiq edilmir. Ə.Məmmədov bildirib ki, çox zaman işəgötürənlər ailə məsuliyyəti olanların ailə problemi yarandıqda çıxış yolunu onları işdən azad etməkdə görür. Konvensiya isə işəgötürənlərin işçilərinə əmək münasibətlərini bu qaydada pozmasına imkan vermir. Konfederasiya prezidentinin fikrincə, Konvensiyanın tələblərini Azərbaycanda tətbiqi üçün milli səviyyədə təbirlər planı hazırlanmalıdır.
Azərbaycan Həmkarlar Konfederasiyasının prezidenti, millət vəkili Səttar Mehbalıyev isə deyib ki, işçi qadınların sayını artırmaq lazımdır. Millət vəkilinin sözlərinə görə, işəgötürənlər işə qəbul zamanı qadın və kişi arasındakı fərqi aradan qaldırmalıdır: “Qadın bu işdə, kişi isə o işdə işləyə bilər” kimi fikirlər aradan götürülməlidir. Belə fikir formalaşmalıdır ki, qadın olmasına baxmayaraq, o da bu işdə işləyə bilər”. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR