Bank Of Baku

Litva Sosial Müdafiə və Əmək Nazirliyi Azərbaycan Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq haqqında müqavilə imzalayacaq

Litva Sosial Müdafiə və Əmək Nazirliyi Azərbaycan Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq haqqında müqavilə imzalayacaq
# 24 oktyabr 2007 10:35 (UTC +04:00)
Litva Sosial Müdafiə və Əmək Nazirliyi Azərbaycan Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq haqqında müqavilə imzalayacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, Bakıda səfərdə olan Litvanın sosial müdafiə və əmək naziri Blin Kebaçude ilə müqavilə sabah imzalanacaq. A. Rəhimov müqaviləyə əsasən Azərbaycan tələbələrinin Litvada, Litva tələbələrinin Azərbaycanda təcrübə keçəcəyini də deyib: “Gənclər və İdman Nazirliyi Litvanın sözügedən nazirliyinin gənclər siyasəti departamenti ilə əməkdaşlıq edir. Bizim onlarla bir neçə layihələrimiz həyata keçirilib və bundan sonra Litva naziri ilə müqavilə imzalamaq qərarına gəldik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR