Bank Of Baku

Azərbaycanda istehlak səbətinin dəyəri ilin sonuna 100 manatı ötəcək

Azərbaycanda istehlak səbətinin dəyəri ilin sonuna 100 manatı ötəcək
# 24 oktyabr 2007 10:54 (UTC +04:00)
Azərbaycanda istehlak səbətinin adambaşına orta məbləğinin 2007-ci ilin sonuna 100 manata çatacağı gözlənilir. Həmkarlar İttifaqı Konfederasiyasının zəhmətkeşlərin əməyinin və sosial iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbə müdiri Çingiz Tağıyev “APA-Economics”ə bildirib ki, istehlak səbətinin dəyəri Nazirlər Kabinetinin təsdiqlədiyi struktur vəsasında hesablanır. Oktyabrın 1-nə istehlak səbəti adambaşına orta hesabla 96 manat təşkil edir. İstehlak səbətinin ilin sonu üçün gözlənilən dəyəri isə inflyasiyadan asılı olacaq. İnflyasiya tempi 16% olarsa, istehlak səbəti 100 manatdan artıq olacaq.
Gələn il üçün istehlak səbətinin strukturuna daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlərin qiymətləri müəyyən olmadığından onun 2008-ci il üçün dəyəri indidən dəqiq açıqlana bilməz. Amma bununla belə, gələn il istehlak səbətinin qiymətinin 100 manatdan çox olacağı gözlənilir. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR