Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 289,4 min nəfərə çatıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 289,4 min nəfərə çatıb
# 24 oktyabr 2007 11:16 (UTC +04:00)
Azərbaycanda iqtisadi fəal əhalinin sayı bu ilin oktyabr ayının 1-nə 4 289,4 min nəfər, məşğul əhalinin sayı isə 4 001,5 min nəfər olub. Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-avqust ayalrında iri və orta müəssisə və təşkilatlarda muzdla çalışan 1 297,1 min nəfərin 846,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 450,3 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Muzdla işləyənlərin 20,7%-i istehsal sahələrində, 13,3%-i sənayedə, 4,6%-i tikintidə, 2,8%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 25,4%-i təhsil, 20,2%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 10,2%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i nəqliyyat, anbar təsərrüfatı və rabitədə, 5,8%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi, 4,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi, 3,9%-i dövlət idarəetməsi və müdafiə sahəsində, 2,2%-i isə digər sahələrdə cəmlənib.
Qeyd edək ki, bu il yanvarın-avqust aylarında müəssisə və təşkilatlarda 5 min nəfər əcnəbi iqtisadi əmək fəaliyəti ilə məşğul olub. Əcnəbilərin 1,4 min nəfəri sənayedə, 1,3 min nəfəri tikintidə, 1,1 min nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində, 0,6 min nəfəri topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmularlarının və şəxsi istifadə əşyalarının təmiri sahəsində, 0,3 min nəfəri təhsildə, 0,1 min nəfəri nəqliyyat, anbar təsərrüfatı və rabitə sahəsində və 0,2 min nəfəri digər sahələrdə işləyib.
Hesabat dövründə müəssisə və təşkilatlarda tutulmuş iş yerlərinin ümumi sayında kənar əvəzçilərin payı 0,6% və mülki-hüququ xarakterli müqavilələr əsasında işləri yerinə yetirən şəxslərin payı 1,3% təşkil edib. Əvəzçilərin və mülki-hüququ xarakterli müqavilələr əsasında işləyənlərin əksəriyyəti tikintidə, təhsildə, nəqliyyat, anbar təsərrüfatı və rabitədə, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində qeydə alınıb.
Məşğulluq mərkəzlərinin məlumatına görə, 2007-c il oktaybr ayının 1-nə ölkə üzrə rəsmi işsiz statusuna malik olan şəxslərin sayı 51 352 nəfər olub, onların 50,5%-ni isə qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 4 nəfər şəxsdən ibarət olub. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR