Bank Of Baku

Bakı Apelyasiya Məhkəməsi Dövlət Əmək Müfəttişliyinin “PCH-Az” şirkəti ilə bağlı şikayətini təmin edib

Bakı Apelyasiya Məhkəməsi Dövlət Əmək Müfəttişliyinin “PCH-Az” şirkəti ilə bağlı şikayətini təmin edib
# 24 oktyabr 2007 12:58 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Əmək Müfəttişliyinin “BP- Azerbaijan” neft şirkətinin podratçısı olan “PCH-Az” MMC ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə etdiyi şikayət təmin olunub. 2004-cü ilin oktyabrın 15-dən 2006-cı ilin avqustun 15-dək “PCH-Az” MMC-də çalışmış Əbülfəz Qasımov “APA-Economics”ə bildirib ki, o, 2006-cı ilin avqustun 15-də iş icrası zamanı bel nahiyəsindən xəsarət alıb. Dövlət Əmək Müfəttişliyinin apardığı yoxlamalar zamanı Ə.Qasımovun zədəsinin istehsalat xarakterli olduğunu təsdiqlənib, tibbi-sosial ekspert komissiyası isə zərərçəkənə II qrup əmək əlillik dərəcəsi təyin edib.
Ə.Qasımov bildirib ki, dəfələrlə şirkətə müraciət edərək kömək istəyib. Lakin şirkət Ə.Qasımovun zədəsini istehsalat xarakterli olması ilə razılaşmadığından bu ilin yayında Səbayel Rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin hakimi Alim Namazov iyulun 19-da Ə.Qasımovun istehsalat xarakterli zədə aldığını təsdiqləməyərək Dövlət Əmək Müfəttişliyinin tədqiqat aktını ləğv edib. Səbayel Rayon Məhkəməsinin qərarı ilə razılaşmayan Müfəttişlik Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Oktyabrın 16-da bu instansiya Səbayel Rayon Məhkəməsinin 19 iyul 2007-ci il tarixli qərarını ləğv edib və DƏM-in tədqiqat aktını düzgün sayıb.
“PCH-Az” MMC-nin hüquqşünası Mehman Sultanov isə “APA-Economics”ə bildirib ki, bu qərardan narazı qaldıqları üçün Ali Məhkəməyə müraciət edəcəklər. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR