Bank Of Baku

Azərbaycan paytaxtında erməni qadının iddiası əsasında məcburi köçkünün evindən çıxarılması cəhdi baş tutmayıb

Azərbaycan paytaxtında erməni qadının iddiası əsasında məcburi köçkünün evindən çıxarılması cəhdi baş tutmayıb
# 24 oktyabr 2007 13:21 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının məlumata görə, həmin mənzil istifadəsiz olduğundan, 1993-cü il avqustun 3-də Binəqədi rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Ağdamdan olan məcburi köçkün Məhluqə Atakişiyevanın ailəsinə verilib. 4 aydan sonra isə mənzil Taisiya Osipovanın adına özəlləşdirilib. Bakıya qayıdan T. Osipova şəhid və məcburi köçkün ailəsinin evdən çıxarılması tələbi ilə məhkəmə iddiası qaldırıb və iddia təmin olunub. İndiyədək qeyd olunan işə 7 məhkəmə instansiyasında baxılıb. Sabah isə Binəqədi rayon Məhkəməsində M. Atakişiyevanın T.Osipovanın adına olan özəlləşdirmə sənədləri ilə bağlı qaldırdığı iddia əsasında yekun qərar çıxarılmalıdır.
Lakin gözlənilmədən Ali Məhkəmə Apellyasiya Məhkəməsi tərəfindən T. Osipovanın xeyrinə çıxarılan qərarı icraya yönəldib. Məhkəmə icraçıları ilə birlikdə T. Osipova və Viktor Kalyugin adlı şəxs də göstərilən ünvana gəlib, məhkəmə icraçılarından israrla mənzilin qapısının açılmasını tələb ediblər. Məhkəmə icraçıları isə öz növbələrində qapının içəridən bağlandığını əsas gətirərək, bunun mümkün olmadığını bildiriblər. Onlar M. Atakişiyevanın qapını içəridən bağladığını söyləyiblər. M. Atakişiyeva əlində benzin şüşəsi olduğunu bildirərək, mənzilin boşaldılmasına hər hansı cəhd olarsa, evdəki ailə üzvləri ilə birlikdə özünü və mənzili yandıracağı barədə xəbərdarlıq edib.
T. Osipova və V. Kalyugin hadisə yerinə gələn jurnalistləri, xüsusən APA-nın əməkdaşını təhqir edərək, onların peşə borcunu yerinə yetirməsinə və çəkiliş aparmasına imkan verməyiblər. Qapı açılmadığından, məhkəmə icraçıları məhkəmə qərarının icrasını təxirə salmalı olublar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR