Bank Of Baku

Azad Rəhimov Ümumçin Gənclər Federasiyalarının nümayəndə heyəti ilə görüşüb

Azad Rəhimov Ümumçin Gənclər Federasiyalarının nümayəndə heyəti ilə görüşüb
# 25 oktyabr 2007 10:43 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Ümumçin Gənclər Federasiyalarının (ÜGF) nümayəndə heyəti bu gün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla görüş keçirib. APA-nın məlumatına görə, nazir Azərbaycanla Çin arasında gənclər və idman sahəsində əməkdaşlığın yarandığını və bu məqsədlə ötən il Çinə səfər etdiyini deyib. O, qonaqlara Azərbaycan hökumətinin gənclər və idman siyasəti barədə məlumat verərək “Gənclər haqqında” qanun qəbul olunduğunu, 2005-2009-cu illər üçün nəzərdə tutulmuş dövlət proqramının həyata keçirildiyini bildirib. A. Rəhimov Azərbaycanda QHT kimi fəaliyyət göstərən 170 gənclər təşkilatının olduğunu da açıqlayıb. İdman sahəsindən danışan nazir Bakının 2016-cı il Olimpiya oyunlarının keçirilməsinə iddialı şəhərlərdən biri olduğunu qeyd edib. Nümayəndə heyətinin rəhbəri, ÜGF-nın sədr müavini Sya Quançju isə Azərbaycana tanışlıq məqsədilə gəldiklərini söyləyib.
Qeyd edək ki, oktyabrın 24-də başlayan səfər ayın 29-na kimi davam edəcək. Bu müddətdə çinlilər Bakı, Sumqayıt və Lahıcla tanış olacaq, həmçinin Gənclərə Yardım Fondu, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatı, Müasir Təhsil Mərkəzində görüşlər keçirəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR